İşsizliyə son!
Rumıniya millisinin sabiq üzvü Qabriel Torjenin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi AEL (Larissa) klubuna keçib. Bu barədə Yunanıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Torje ilə 6 aylıq müqavilə imzalanıb.
Rumıniya millisində 56 oyunda 11 qol vuran Torje, klub karyerasında “Espanyol”, “Udineze”, “Sivasspor”, “Osmanlıspor”, “Axmat”, “Dinamo” (Buxarest) kimi komandalarda çıxış edib. Yarımmüdafiəçi 2019-cu ilin yayından işsiz idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin