Rumıniya klubunun sponsorundan “Neftçi”nin baş məşqçisi haqda açıqlama

Rumıniyanın “Universitatya Krayova” klubunun maliyyə dəstəkçisi Mixai Rotaru “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın xidmətində maraqlı olmaları ilə bağlı yayılan xəbərlər haqda fikir bildirib.

Komanda.az “Digi Sport”-a istinadən xəbər verir ki, klubun sponsoru və İdarə Heyətinin üzvü rumıniyalı baş məşqçini geri qaytarmaq istədiklərini ad çəkmədən təsdiqləyib.

O, Regekampfla bağlı sualı cavablandırarkən baş məşqçi postuna üç namizədin olduğunu deyib:

“Bizim baş məşqçi postuna bir yox, üç namizədimiz var və hər birinin hazırda öz klubu ilə müqaviləsi davam edir. Konkret Regekampfa gəlincə, sözləşməsi davam edən bir məşqçini burada müzakirə edə bilmərəm”.

Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, “ağ-qaralar”ın “sükanı arxasına” keçməzdən öncə 2021/2022 mövsümündə “Universitatya Krayova”nı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button