Rumıniya klubunun 4 namizədindən biridir – Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Styaua” komandasının “sükanı arxasına” keçməyə əsas namizədlərdən biridir.
Komanda.az “prosport.ro”-ya istinadən xəbər verir ki, klubun prezidenti Cici Beqali 47 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.
Beqalinin siyahısında ümumilikdə 4 məşqçinin adı var ki, Regekampfın “Styaua”ya rəhbərlik etmək şansı çox aşağı qiymətləndirilir. Rumıniya mətbuatı hesab edir ki, “Neftçi” ilə 2 illik müqaviləsi olan rumıniyalı mütəxəssis Azərbaycanda yaxşı məvacib alır.
2012-2014 və 2015-2017-ci illərdə “Styaua”nın “sükanı arxasında” olmuş Regekampf bir müddət əvvəl mətbuata açıqlamasında bu klubla danışıq aparmadığını bildirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin