La Liqadan 2 “elçi”si var – PSJ-nin futbolçusunun

PSJ-də çıxış edən ispaniyalı yarımmüdafiəçi Fabian Ruis vətənə qayıda bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində La Liqanın iki nəhəngi maraqlıdır.

Söhbət “Barselona” və “Real”dan gedir. Ruisin transfer dəyəri 35 milyon avro qiymətləndirilir. Onun parislilərlə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Ruis Fransa çempionatının yeni mövsümündə keçirdiyi 3 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button