Rüfət oynadı, komandası darmadağınla qalib gəldi
Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu USL çempionatında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Los Anceles Qalaksi-2” ilə üz-üzə gələn komanda darmadağınla qalib gəlib – 4:1.
Rüfət oyuna ehtiyatda başlayıb və 67-ci dəqiqədə meydana daxil olub.
8 oyundan sonra 19 xal toplayan “Feniks Rizinq” B qrupunda turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin