
Rüfət Əhmədov “Qəbələ”də
“Qəbələ”nin yetirməsi olan Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.
Komanda.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisisi “Turan Tovuz”dan icarəyə götürülüb.
O, mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq. Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Kimbila, İsaak Amoa, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



