Rüfət Dadaşov “Proyssen”dən ayrılıb, ABŞ-a gedir – Rəsmi

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov şərəfini qoruduğu “Proyssen” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Proyssen”in saytı məlumat yayıb. Məlumatda, Dadaşovun karyerasını ABŞ-ın 2-ci liqasında çıxış edən “Feniks Rizinq”də davam etdirəcəyi bildirilib. Futbolçu klubdan ayrılmaq istədiyini bildirib və tərəflər transferin detallarını açıqlamamaq üçün razılığa gəliblər. Klubun idman direktoru Malte Metselder ayrılıqla bağlı bunları deyib:

“Hazırda komandaya şərtsiz xidmət edə biləcək və klubun hədəflərinə yüz faiz sadiq olacaq futbolçulara ehtiyacımız var. Təəssüf ki, Rüfət artıq bu komandanın bir hissəsi olmaq istəmir və şəxsi maraqlarını ön plana çıxarır”.

Rüfət 2018-ci ilin yayından 3-cü Bundesliqa klubunda çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button