Rüfət Dadaşov üçün 9 dəqiqə və 1 xal

Futbol üzrə Almaniya 3-cü Liqasında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “Krefelder Uerdingen 05” ilə qarşılaşıb. Münster klubu bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb. Millimizin forvardı 85-ci dəqiqədə sarı vərəqə də alıb.

Dadaşovun komandası 25 turdan sonra 35 xalla 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button