“Aquero mənə çox problem yaratdı” – “Real”ın futbolçusu

“Real”ın müdafiəçisi Antonio Rüdiger karyerasının ən çətin rəqibi haqda danışıb.

Komanda.az “The Inside Scoop”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, Serxio Aqueronun ona çox problem yaratdığını bildirib:

“Serxio Aquero mənə çox problem yaratdı. Ona qarşı oynamaq çətin idi. Lionel Messi və Kriştiano Ronaldonun da adını çəkə bilərəm, amma mənim üçün onlar başqa qalaktikadandırlar. Ona görə də, insanlar arasında seçim edirəm”.

Rüdigerin “kral klubu” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Onun transfer dəyəri 25 milyon avro qiymətləndirilir.

31 yaşlı futbolçu bu mövsüm “Real”ın heyətində 11 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button