Tuxel: “Rüdigerlə işləməyin hər günü xoşdur”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel müdafiəçi Antonio Rüdigerin başqa kluba mümkün transferi haqqında danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, Rüdigerin transferi ilə bağlı söz-söhbətin heç kimin xoşuna gəlmədiyini söyləyib:

“Rüdigerin transfer məsələsi heç kimin xoşuna gəlmir. O, unikal şəxsiyyətdir, iddialıdır, liderdir. Əla səviyyədə oynayır və üzərinə məsuliyyət götürməyi sevir. Rüdigerlə işləməyin hər günü mənim üçün xoşdur. Hələ əldə edəcəyimiz çox şey var.

İstəsək də, istəməsək də, həyat davam edir, mövsümöncəsi hazırlıqlar başlayır və biz əlimizdən gələni etməliyik. Mən bütün qəlbimlə və bütün bacarığımla “Çelsi”nin uğur qazanması üçün çalışacam”.

Tuxel daha əvvəl açıqlamışdı ki, Rüdiger ona “Çelsi”dən ayrılmaq qərarı barədə şəxsi söhbətində məlumat verib.

Alman futbolçunun adı Madrid “Real”ı ilə hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button