ÇL: “Zəif oynadığımız üçün 1/4 finala yüksəlməyimizi qeyd etmirik”
“Real”ın müdafiəçisi Antonio Rüdiger Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə cavab oyununda (1:1) komandasının çıxışından danışıb.
Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu “Leyptsiq”ə qarşı diqqətsiz və ləng oynadıqlarını bildirib:
“Biz zəif oynadığımız üçün 1/4 finala yüksəlməyimizi qeyd etmirik. İlk matçın nəticəsini nəzərə almadıq, sadəcə olaraq, diqqətsiz və ləng davrandıq. Çempionlar Liqasında belə hallar tez-tez cəzalandırılır.
“Leyptsiq” yaxşı oynadı, daim təzyiq göstərirdi. Bu komanda bizi qapıya sıxılmağa məcbur etdi və buna cavab tapa bilmədik. Çempionlar Liqasında siz matça bizim kimi başlaya və bitirə bilməzsiz. Diqqətli olmalı və bütün 90 dəqiqə ərzində “döyüş”ə hazır olmalısız”.
İlk görüş “kral klubu”nun1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, “Real” turnirin 1/4 finalına yüksəlib.
Bizi Facebook-da izləyin