Səudiyyə Ərəbistanından 2 klub “Real”ın futbolçusunu “qaralayıb”

Almaniya millisinin və “Real”ın mərkəz müdafiəçisi Antonio Rüdiger Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu ilə Səudiyyə Ərəbistanının iki klubu maraqlanır. Söhbət “Əl-Nəsr” və “Əl-Hilal”dan gedir.

31 yaşlı futbolçunun “Real”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, ötən mövsüm İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button