“Rüdiger qışda “Çelsi”dən ayrılmağa çalışacaq” – Löv
“Çelsi”nin futbolçusu Antonio Rüdiger komandadan ayrılmaq istəyib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya millisinin baş məşqçisi Yoahim Löv məlumat verib. Löv, almaniyalı müdafiəçinin qışda “zadəganlar”dan ayrılmağa çalışacağını bildirib:
“Onunla daim əlaqə saxlayırdıq. Həftə sonu ona 3-4 təklif vardı, təəssüf ki, onun başqa kluba keçidi reallaşmadı. O, “Çelsi”ni tərk etmək üçün hər şey etdi, çünki Avropa çempionatı onun üçün vacibdir. Rüdiger qışda “Çelsi”dən ayrılmağa çalışacaq. Formada qalmaq üçün əlindən gələni edir. O, son bir neçə ildə çox inkişaf etdi və özünü təsdiqlədi”.
Rüdigerin London klubu ilə müqaviləsi 2022-ci ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin