Rüdiger özünü həmin oyuna çatdırmaq istəyir

“Real”ın müdafiəçisi Antonio Rüdiger zədəsinin tezliklə sağalacağına ümid edir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin ilk turunun fevralın 19-da keçiriləcək “Mançester Siti” ilə cavab oyunu üçün yenidən meydana çıxmağı gözləyir. Oyunçunun bu qədər tez sağalması asan olmayacaq, amma o, bunu qarşısına məqsəd qoyub.

31 yaşlı müdafiəçi La Liqada “Espanyol”la matçda zədələndiyi üçün 15-ci dəqiqədə əvəzlənib.

Madrid klubunun “Mançester Siti” ilə ilk görüşü fevralın 11-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button