Rüdiger: “Qalib olmaq istəyirsənsə, “Real”a qoşul”

“Real”n müdafiəçisi Antonio Rüdiger “kral klubu”na keçidi haqda danışıb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, qalib olmaq üçün “Real”a qoşulmağın lazım olduğunu söyləyib:

“Bilirsiz nə vaxt başa düşdüm ki, “Real”a keçəcəm? “Çelsi” ilə Çempionlar Liqasını qazandığım zaman. O an düşündüm ki, İspaniyaya gedə bilərəm. Qalib olmaq istəyirsənsə, o zaman “Real”a qoşul”.

Almaniyalı müdafiəçi 2022-ci ildən “Real”da çıxış edir. İyunun 1-də UEFA Çempionlar Liqasının finalında Karlo Ançelottinin yetirmələri Dortmund “Borussiya”sı ilə qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button