
Rüdiger komanda yoldaşının əvəzinə penalti vurmasının səbəbini açıqladı
“Real”ın müdafiəçisi Antonio Rüdiger UEFA Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə oyunda vurduğu penaltidən danışıb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu, Endrik meydana təzəcə çıxdığına görə zərbəni özü yerinə yetirmək qərarına gəldiyini bildirib:
“Məsuliyyəti öz üzərimə götürməyə qərar verdim. Endrikin yerinə zərbə endirmək qərarına gəldim. Çünki o, təzəcə meydana çıxmışdı. Üstəlik, o, son vaxtlar o qədər də tez-tez oynamırdı, ona görə də bu zərbəni vurmağa qərar verdim. Bir şey səhv getsəydi, onun öhdəsindən ondan daha yaxşı gələ bilərdim”.
“Kral klubu” Çempionlar Liqasının 1/4 finalının ilk oyununda aprelin 8-də “Arsenal”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



