Rüdiger: “Real”ın lideri ola bilərəm”

“Real”ın mərkəz müdafiəçisi Antonio Rüdiger Luka Modriç və Toni Kroosun gedişindən sonra komandanın lideri ola biləcəyini bildirib. 

Komanda.az “El Mundo”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu, Kroos üçün darıxacağını deyib:

“Hər şey bir gün sona çatır. Təəssüf ki, Toninin karyerasının sonu artıq çatıb. Biz onun üçün darıxacağıq, çünki o, unikal və əvəzolunmaz oyunçudur. Modriç? Hələ gəncdir (gülür). Luka yaxşı oynayır və enerjili davranır.

Onlar gedəndən sonra mən lider ola biləcəm? Düşünürəm ki, komandanın lideri ola bilərəm. Mən böyük sözlərin adamı deyiləm. Məni hərəkətlərin adamı adlandırmaq olar”.

Xatırladaq ki, Kroos AÇ-2024-dən sonra peşəkar karyerasını başa vuracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button