
Rüdiger Premyer Liqaya qayıda bilər
”Real”ın mərkəz müdafiəçisi Antonio Rüdiger yenidən Premyer Liqaya keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” almaniyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. İngiltərə klubu yay transfer pəncərəsində müdafiəçini komandaya geri qaytarmaq istəyir.
Rüdiger 2017-2022-ci illərdə “Çelsi”də çıxış edib.
32 yaşlı futbolçunun “Real”la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. O, İspaniya çempionatının cari mövsümündə 29 oyun keçirib və üç sarı vərəqə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin