“Real”ın futbolçusu üçün mövsüm bitdi

“Real”ın müdafiəçisi Antonio Rüdiger diz bağlarındakı zədə səbəbilə əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı futbolçunun sağalma müddəti 6-8 həftə aralığında olacaq.

32 yaşlı müdafiəçi cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə 49 oyuna çıxaraq, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı Rüdigerin dəyərini 24 milyon avro qiymətləndirir. Onun “kral klubu” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonuna qədərdir.

“Real” La Liqanın 34-cü turu çərçivəsində mayın 4-də “Selta” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button