Rudi Qarsiya “Qalatasaray”ın “sükanı arxasına” keçə bilər

“Qalatasaray” baş məşqçisi Domenek Torrentlə yollarını ayıra bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli iş adamı Əşrəf Hamamçıoğlu “cim-bom”un prezidenti seçiləcəyi halda, ispaniyalı mütəxəssisi “Qalatasaray”dan göndərəcək. Hamamçıoğlu hazırda işsiz olan fransalı məşqçi Rudi Qarsiyanı komandanın “sükanı arxasına” gətirməyi düşünür. İddiaya görə, 58 yaşlı mütəxəssislə şəxsi razılıq da əldə olunub.

Qarsiya baş məşqçi karyerası ərzində “Sent Etyen”, “Lill”, “Roma”, “Marsel”, “Lion” kimi klublarda çalışıb.

“Qalatasaray”da prezident seçkiləri aprelin 23-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button