Rudi Qarsiya istefa verdi

Fransanın “Marsel” klubunun baş məşqçisi Rudi Qarsiya bu mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında deyib.

O, klub rəhbərliyinə bu qərarını bildirdiyini və istefasının qəbul olunduğunu bəyan edib.

Qeyd edək ki, Rudi Qarsiya 2016-cı ildən Marsel təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda cari mövsümdə 58 xal toplaya bilib və sona bir tur qalmış 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button