“Rubialesin etdikləri yersiz idi” – UEFA prezidenti
UEFA prezidenti Aleksander Çeferin İspaniya Kral Futbol Federasiyasının rəhbəri Luis Rubialesin qadınların futbol üzrə dünya çempionatında 33 yaşlı Cennifer Hermosonu öpməsinə münasibət bildirib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, federasiya rəsmisinin hərəkətinin yersiz olduğunu söyləyib:
“Bu məsələyə münasibət bildirməyim təzyiq kimi qarşılana bilər. Bu cür hadisənin İspaniya milli komandasının qələbəsinə kölgə salmasına təəssüflənirəm. Nələrisə dəyişdirmək lazımdır. Əlbəttə, Rubialesin etdikləri yersiz idi, bunu hamımız bilirik. Ümid edirəm ki, özü də bunu başa düşür”.
Öncədən İspaniya prokurorluğunun Rubialesin əməlinə qarşı cinsi zorakılıq ittihamı ilə bağlı istintaq başlatdığı haqda xəbər vermişdik.
Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi ispanlar olub. Onlar həlledici oyunda İngiltərəni 1:0 hesabı ilə məğlub edib. Rubiales final matçından sonra Hermosonu dodaqlarından öpüb.
Federasiya rəhbəri avqustun 25-də səhvə yol verdiyini, lakin istefa vermək fikrində olmadığını açıqlayıb. İspaniya millisinin oyunçuları onun postunu tərk etməyəcəyi halda, oynamayacaqlarını deyiblər.
Bizi Facebook-da izləyin