La Liqanın rəhbəri cəzalanan sabiq prezident haqda: “Onun almalı olduğu başqa cəza yoxdur”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas DÇ-2023-ün finalından sonra qadınlardan ibarət millinin futbolçusu Cennifer Hermosonu öpdüyü üçün İspaniya Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubialesə verilən cəzadan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Onun almalı olduğu başqa cəza yoxdur. Amma peşəkarlıq baxımından ona uğurlar arzulayıram. Ümid edirəm ki, o, ətrafındakı hər kəsə qarşı etdiyi dəhşətli səhvləri təkrarlamaz və təkmilləşərsə, idman sənayesi üçün çox faydalı bir insan olar. Lakin o, özünü bu cür nifrət dolu və qisasçı aparmağa davam etsə, idman sahəsinə qayıda bilməyəcək”.

Rubiales cərimələnib və 18 ay ərzində hər gün 20 avro (ümumilikdə təxminən 10,8 min avro) cərimə ödəməli olacaq. Məhkəmənin qərarı həmçinin, Rubialesin Hermosoya 200 metr yaxına gəlməsini və ya onunla hansısa əlaqə saxlamasını bir il müddətinə qadağan edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button