
“Karyeramdakı ən böyük mükafat “Əl-Hilal”a keçmək idi”
“Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neves hansı səbəbdən Səudiyyə Ərəbistanı klubuna transfer olduğunu açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ailəsi üçün iş yerini dəyişdiyini söyləyib:
“Ailəmin yaşayış standartlarını yaxşılaşdırmaq üçün Səudiyyə Ərəbistanını seçdim. Karyeramdakı ən böyük mükafat məhz “Əl-Hilal”a keçmək idi”.
Riyad təmsilçisi iyunun 23-də “Vulverhempton”dan 26 yaşlı oyunçunu transfer edib. Portuqaliyalı ilə 3 illik müqavilə imzalanıb.
Neves başa çatan mövsümdə 41 oyuna çıxıb, altı qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin