“Amorimə vaxt verilsə, “Mançester Yunayted” əvvəlki şöhrətini qaytaracaq”

“Mançester Yunayted”in keçmiş futbolçusu Rayan Giqqz İngiltərə klubunu on ildir səhv qərarlar verməkdə ittiham edib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, o, eyni zamanda, komandanın baş məşqçisi Ruben Amorimə dəstək verilməli olduğunu söyləyib:

“Hər bir iş kimi, işə qəbul düzgün olmalıdır, lakin “Mançester Yunayted”də son on ildə belə olmayıb. Sadəcə, bir-birinin ardınca pis qərarlar verildi. İndi sual budur ki, Ruben Amorim ona lazım olan oyunçuları, ehtiyacı olan dəstəyi və ən əsası, vaxtı əldə edib-etməyəcək?

Hazırda pis vəziyyətdəyik, amma ilk növbədə onu deyim ki, baş məşqçini həqiqətən çox bəyənirəm. Amorimə fürsət və vaxt verilsə, klub əvvəlki şöhrətini qaytaracaq. Lakin biz indi bundan çox uzağıq”.

“Qırmızı şeytanlar” 24 oyundan sonra 29 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button