“Roysun “Barselona”da oynaması möhtəşəm olar” – Ter Ştegen
“Barselona”nın almaniyalı qapıçısı Mark-Andre Ter Ştegen, “Borussiya”da (Dortmund) oynayan həmyerlisi Marko Roys haqqında açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qolkiper, Roysun “Barselona”da oynaya biləcəyini deyib:
“Roysun “Barselona”da oynaması möhtəşəm olar. Onun daha böyük bir komandada oynaya biləcəyini düşünürəm, amma ailəsi Dortmundda yaşadığı üçün klubunda çox xoşbəxtdir. Bu, onun üçün hər zaman çox vacib olub.
Roys hər komandada oynaya biləcək futbolçudur, amma eyni zamanda, ailəsindən ayrılmaq istəməyən bir uşaqdır. Bu mükəmməl insanın verdiyi hər qərar möhtəşəmdir”.
“Borussiya” ilə 2023-cü ilədək müqaviləsi olan 29 yaşlı Roys, bu mövsüm iştirak etdiyi 27 oyunda 17 qol vurub, 10 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin