Roys “Borussiya”nın tarixinə düşdü

“Borussiya” (Dortmund) Almaniya Bundesliqasının 23-cü turunda “Leyptsiq”i məğlub edib (2:1).

Komanda.az xəbər verir ki, bu qarşılaşma Dortmund təmsilçisinin futbolçusu Marko Roys üçün əlamətdar olub.

33 yaşlı futbolçu Bundesliqa klubunun heyətində peşəkar səviyyədə vurulan qol sayında Mixael Tsorkaya çatıb. Hər ikisi 159 qol vurub.

Siyahıda həvəskar səviyyədə olsa da, 177 qolla Adi Praysler də yer alır. O, ötən əsrin ortalarında “Borussiya”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button