Roy Kin “Mançester Yunayted”i tənqid etdi
Keçmiş futbolçu Roy Kin “Mançester Yunayted”i tənqid edib.
Komanda.az “SKY Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın sabiq futbolçusu İngiltərə Premyer Liqasının “Çelsi” ilə oyununa (1:1) görə əsəbiləşib. O, keçmiş komandasına qarşı oynamağın asan olduğunu deyib:
“Mançester Yunayted”ə qarşı oynamaq çox asandır. Oyunçular müdafiəyə tez qayıtmağa belə, cəhd etmirlər. Bu gün gördüklərimiz artıq təəccüblü deyil. Bu, Ralf Ranqnikin komandası üçün xarakterikdir. “Mançester Yunayted”in bacarığı çatışmır, sadəcə, uduzmamağa çalışırlar”.
33 oyundan sonra “Çelsi” 66 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində üçüncü yerdədir. “Mançester Yunayted” 35 turda 55 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin