Roy Kindən Ten Haqın qovulmasına reaksiya

“Mançester Yunayted”in və İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Roy Kin Erik ten Haqın baş məşqçi postundan qovulmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, irlandiyalı keçmiş futbolçu sosial şəbəkə hesabındakı paylaşımında yaxşı komandalarda məşqçilərin oyunçuları məsuliyyətə cəlb etdiyini yazıb:

“Yaxşı komandalarda məşqçilər oyunçuları məsuliyyətə cəlb edirlər”.

“Mançester Yunayted” dünən Ten Haqın qovulduğunu elan edib. Komanda onun rəhbərliyi altında 2023-cü ildə Liqa, 2024-cü ildə isə İngiltərə kubokunu qazanıb. Niderlandlı çalışdırıcı yayda “Mançester Yunayted”lə müqaviləsini 2026-cı ilə qədər uzatmışdı.

Rud van Nistelroy “qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi təyin edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button