Roy Kin braziliyalıları tənqid etdi: “Rəqibə hörmətsizlikdir”

“Mançester Yunayted”in sabiq üzvü Roy Kin braziliyalı futbolçuların qol sevincini tənqid edib.

DÇ-2022-nin 1/8 finalında Cənubi Koreya millisi Braziliyaya məğlub olaraq (1:4), turnirdə mübarizəni dayandırıb.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, Roy Kin həmin matçda “sambaçılar”ın özünəməxsus qol sevincini rəqibə hörmətsizlik sayıb:

“Gözlərimə inana bilmirəm! Mən heç vaxt bu qədər rəqs izləməmişdim. Bu, “Ulduzlarla rəqs” filminə baxmaq kimidir. Başa düşürəm ki, bu, mədəniyyətin bir hissəsidir. Amma hesab edirəm ki, eyni zamanda, rəqiblərə hörmətsizlikdir”.

O, Braziliya millisinin çalışdırıcısı Titenin də futbolçulara qoşularaq rəqs etdiyini vurğulayıb:

“Dörd qol vurdular və hər dəfə rəqs etdilər. Məşqçi də futbolçulara qoşulur. Mən bundan məmnun deyiləm. Etiraz edirəm”.

Braziliya millisi 1/4 finalda Xorvatiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button