Roy Kin: “Messinin oyununu izləmək əsl şansdır”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Argentina millisinin hücumçusu Lionel Messi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, PSJ-nin 35 yaşlı futbolçusunun oyununu izləməyi şans hesab etdiyini deyib:

“Ümid edirəm ki, Messi dünya çempionatını qazanacaq. Bu nailiyyət onun karyerası üçün əvəzsiz uğur olacaq. Belə bir futbolçunun oyununu izləmək əsl şansdır”.

Argentina millisi DÇ-2022-nin yarımfinalında Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button