Roy Kin “Mançester Yunayted”i tənqid etdi: “Hamı utanırdı”

Roy Kin keçmiş komandasını tənqid edib. O, “Mançester Yunayted”in “Koventri”yə qarşı oyununu (3:3, penaltilərdə 4:2) bəyənməyib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, irlandiyalı futbol mütəxəssisi belə bir qələbənin, necə deyərlər, adi azarkeşlər üçün xoş olmadığına diqqət çəkib:

“Erik ten Haqın komandası üç qol üstünlüyü əldən verdi və demək olar ki, kubokun yarımfinalını tərk etdi. Nə azarkeşlər, nə də futbolçular bu qələbəni bayram etdilər. Məncə, hamı utanırdı. Bu komandanı bəyənmirəm. Mən Ten Haqı lider kimi görmürəm”.

Roy Kin 1993-2005-ci illərdə “Mançester Yunayted”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button