Roy Kin İngiltərə millisini tənqid etdi
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin İngiltərə millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində İrlandiya ilə son oyunundakı çıxışını tənqid edib.
Komanda.az İTV-yə istinadən xəbər verir ki, irlandiyalı sabiq futbolçu İngiltərə millisinin ikinci hissədə dəhşətli olduğunu bildirib:
“İngiltərə millisi ikinci hissədə dəhşətli idi. Komanda sadəcə olaraq topu meydanda yuvarladırdı. İrlandlar fasilədən sonra yaxşı oynadılar. İlk hissədə qonaqlar nə qədər yaxşı idisə, ikinci hissədə də o qədər pis oldular”.
İrlandiya – İngiltərə matçı Dublindəki stadionda baş tutub. Görüş ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları yarımmüdafiəçilər Deklan Rays və Cek Qriliş vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin