Roy Kin “Mançester Yunayted”i sərt tənqid etdi: “Utanmalıdırlar!”
Keçmiş futbolçu Roy Kin İngiltərə Premyer Liqasının 26-cı turunun “Liverpul” – “Mançester Yunayted” (7:0) oyununu şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın veteran futbolçuları barədə danışıb:
“Komandanın veteran futbolçuları özlərini yöndəmsiz aparır, heç bir liderlik nümayiş etdirmirlər. “Mançester Yunayted” üçün çətin gün oldu. Tanrıya şükürlər olsun ki, heç vaxt belə məğlubiyyət yaşamamışam”.
Roy Kin Mançester təmsilçisinin futbolçularını da sərt tənqid edib:
“Futbolçular utanmalıdırlar! Çünki vəziyyət dalana dirənəndə gözdən itirlər. Klubu aşağı salan məhz onlardır. Onların durumunda olsaydım, yerin altına girərdim. Bu, onlar üçün ayıbdır”.
“Qırmızı şeytanlar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 49 xalla üçüncü, “Liverpul” isə 42 xalla beşincidir.
Bizi Facebook-da izləyin