
“Argentinalı oğlanlar buna layiqdir” – Kin
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Argentina yığmasının DÇ-2022-nin finalında Fransanı məğlub etməsi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cənubi amerikalıların qələbə sevincini rəqs edərək qeyd etmələrinə münasibət bildirib:
“Baxın, necə gözəl səhnədir! İstədiyiniz qədər rəqs edin. Bu, inanılmaz qələbədir. Argentinalı oğlanlar buna layiqdir. Qalib gələndə rəqs edə bilərsən”.
Keçmiş futbolçu bundan öncə Braziliya millisinin üzvlərini DÇ-2022-nin 1/8 finalında Cənubi Koreya ilə matçda (4:1) rəqs etdiklərinə görə tənqid etmişdi.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Facebook-da izləyin