Rövşən Babayev: “Nə bacarırdılarsa, etdilər”
Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə “Qarabağ”a 0:2 hesabıyla məğlub olan “Sabah”ın baş məşqçisi Rövşən Babayev oyundan sonra mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:
- Rəqibi təbrik edirəm. Bilirik ki, onlar Azərbaycanın ən güclü komandalarından biridi.
- Ruslan Abışovla Cavid İmamverdiyevin oyunda iştirak etməməsinin səbəbi nə idi?
- Zədələri vardı. Cavid 15 gün olmayacaq. Ruslan isə yaxın günlərdə məşqlərə başlayacaq.
- Coşqun Diniyev əvəzlənəndə sanki narazı idi.
- Əvəzlənməyi özü istəmişdi.
- Məğlubiyyətin səbəbi nədir?
- Həftəboyu çox çalışdıq. Nə bacarırdılarsa, etdilər. Onlara təşəkkür edirik.
- Qol vura bilməmək hücumçularla bağlıdır, ya “Qarabağ”ın müdafiəçiləri yaxşı oynadı?
- Bu, sadəcə, şanssızlıq idi.
- Uşaqlara təşəkkür etdiz, amma sonuncu pillədəsiz…
- Bu oyun üçün təşəkkür etdim.
- Sonuncu pillədə olmağın səbəbi nədir?
- Bunu öz aramızda danışıb, təhlil edəcəyik.
- Baş məşqçi məsələsi bu fasilədə həll olunacaq?
- Düşünürəm ki, bu, rəhbərliyin məsələsidi.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin