Rövşən Hüseynli Qazaxıstanda klubunu dəyişdi
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı qolkiper öz sosial şəbəkə hesablarında paylaşım edib.
Buna qədər Qazaxıstanın “Atırau” klubunda çıxış edən futzalçı “Astana”ya keçib. Onun müqaviləsi 1 illikdir.
Hüseynli 2022-ci ilin oktyabr ayından “Atırau”da oynayırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin