Rövnəq Abdullayev Qurban Qurbanovu təbrik etdi – FOTO

Bu gün “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur.

Komanda.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Qurban Qubanovla görüş keçirib.

AFFA prezidenti təcrübəli mütəxəssisi əlamətdar yubileyi münasibətilə təbrik edib, ona can sağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.

Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button