Rövnəq Abdullayev, Elxan Məmmədov, bu, sizin “əsər”inizdir, diqqətlə baxın FOTO-FAKT
Rəşad Ergün
AFFA prezidenti Rövnəq Abdullayev, rayonları bir-bir gəzib, süni örtüklü meydançalarda futbolçu gələcəyini də, sağlamlığını da təhlükəyə atdıqları azyaşlı uşaqlara top paylayan icraçı vitse-prezident Elxan Məmmədov, bu şəxsləri Azərbaycan futbolunun təpəsinə çıxarıb, illərdir onları orda saxlayan şəxs və ya şəxslər, yaxşı-yaxşı baxın aşağıda təqdim etdiyimiz fotolara. Birində hər sahədə üstün olduğunuzu iddia etdiyiniz “acından ölən” Ermənistanın millisinin DÇ-2022-nin seçmə mərhələsində topladığı xalların, digərində eyni turnirdə çıxış edən Azərbaycan yığmasının zorla, təsadüfən qazandığı 1 xalın əks olunduğu turnir cədvəlləri. Turnir cədvəllərini xarici mənbədən götürüb təqdim etdik ki, bəlkə, onlara inanasız. Axı siz özünüzün yaratdığınız “CBC Sport”dan, pulunu verib saxladığınız əttökən saytlardan, qəzetlərdən başqa, heç nəyə baxmırsız, oxumursuz. Onlar da sizin ruhunuzu oxşayacaq, qulağınıza xoş gələcək şeydən başqa, heç nə deməz, yazmaz.
Baxın, diqqətlə baxın bu turnir cədvəllərinə. Buna görə kim məsuliyyət daşımalıdır? Kim istefa verməlidir? Canni De Byazi? O yazıq baş məşqçi deyil ki, Elxan Məmmədov, Riad Rəfiyev kimilərin iranlı futbolçularını milli komandaya dəvət edib, məğlubiyyətlərdən pul qazanan adi bir italiyalıdır. Özünə hörmət etməyən italiyalı.
Baxın, diqqətlə baxın bu turnir cədvəllərinə. Bu, sizin, sizi o postlarda saxlayanların “sənət əsəri”dir. Baxın və Azərbaycan futbolunun leşi üzərindən hər ay milyon manatlar qazanmağa davam edin. Burnunuzdan gəlsin!
Bizi Facebook-da izləyin