Rövnəq Abdullayevin halı pisləşdi, xəstəxanaya yerləşdirildi
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti toplantısının keçiriləcəyi barədə məlumat vermişdik. Toplantı yanvarın 11-də Gəncədə keçirilməli idi.
Amma 3 saat sonra federasiyanın rəsmi saytı iclasın təxirə salındığını açıqlayıb. Səbəblər barədə məlumat verilməyib.
Komanda.az xəbər verir ki, toplantı AFFA prezidenti Rövnəq Abdullayevə görə baş tutmayıb. Belə ki, Abdullayevin səhhəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Onun indi özəl klinikalardan birində həkim nəzarətində olduğu bildirilir. (aut.az)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin