“Rostov”dan heç bir təklif gəlməyib” – “Qarabağ”ın qapıçısının nümayəndəsi
“Qarabağ”ın və Rusiya millisinin 32 yaşlı qapıçısı Andrey Lunyovun maraqlarını müdafiə edən idman hüquqşünası Anton Smirnov “Rostov”un rusiyalı qolkiperin potensial transferi ilə bağlı onunla əlaqə saxlamadığını bildirib.
Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, hüquqşünas heç bir təklifin olmadığını deyib:
“Rostov”dan heç bir təklif gəlməyib”.
Daha əvvəl “Rostov”un hazırkı qapıçısı Sergey Pesyakovun mövsümün sonunda “Krılya Sovetov”un futbolçusu ola biləcəyi barədə məlumatlar yayılıb.
Lunyov bu mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, onlardan 10-da qapını toxunulmaz saxlayıb. Futbolçunun Ağdam klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin