“Ronaldoya sahib olmaq möhtəşəmdir”
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Komanda.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis portuqaliyalı forvardın digər futbolçular üçün nümunə olduğunu bildirib:
“38 yaşı olan və dünyanın hansısa digər oyunçusundan daha çox oyun keçirən birinin 18 yaşlı bir gəncin “aclığını” necə hiss etdiyini izah etmək mənim üçün çətindir. Bu, onun paltardəyişmə otağında başqalarına yoluxdurduğu bir gücdür.
Ronaldo həmişə düzgün mövqedə olmağa çalışan, qol vurmağı sevən, həm də, əla komanda nizam-intizamına malik futbolçudur. O, paltardəyişmə otağının qalan hissəsi üçün nümunədir. Ronaldoya sahib olmaq möhtəşəmdir”.
Ronaldo AÇ-2024-ün seçmə mərhələsində 9 oyunda iştirak edib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin