“Ronaldoya, onun peşəkarlığına heyranam” – Konte

“Tottenhem”in baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 12-ci turunun “Mançester Yunayted”lə oyunu öncəsi Kriştiano Ronaldo haqda danışıb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, italiyalı məşqçi ötən mövsüm “Mançetser Yunayted”lə oyunlarını yada salıb:

“Ötən mövsüm bizə qarşı oyunda Ronaldo het-trik etdi. Söhbət inanılmaz oyunçudan, top-futbolçudan gedir. O, oynadığı komandaya dəyər qazandırmağa davam edir. Ronaldoya, onun peşəkarlığına heyranam, amma ümid edirəm ki, o, bu görüşdə keçən mövsümdəki kimi deyil, sakit olacaq. Onda 2:3 hesabı ilə uduzduq, amma “Mançester Yunayted”ə yox, Ronaldoya uduzduq. Həmin matçı çox yaxşı xatırlayıram, çünki biz yaxşı çıxış etmişdik”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button