
Ronaldinyo “Barselona” – “Real” rəqabətindən danışdı
“Barselona”nın keçmiş futbolçusu Ronaldinyo kataloniyalılar və “Real” arasındakı rəqabətə münasibət bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı sabiq futbolçu “Barselona”nın həmişə “Real”dan üstün olacağına inandığını deyib:
“Barselona” və “Real” yüksək səviyyəli oyunçuları olan iki möhtəşəm komandadır. Bu mövsüm “Barsa” bütün matçlarda “Real”ı məğlub etdi. Ümid edirəm ki, belə davam edəcək”.
“Barselona” və “Real” bu mövsüm dörd dəfə qarşılaşıb. Kataloniyalılar bütün oyunlarda qalib gəliblər. Hans-Diter Flikin komandası üç kubok – La Liqa, kral kuboku və İspaniya superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



