Ronaldonun yerə atdığı kapitanlıq sarğısı satıldı

Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldonun Serbiya ilə oyunda yerə çırpdığı kapitanlıq sarğısı xeyriyyə auksionunda satılıb.

Komanda.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan həmin oyunun (2:2) sonlarında Ronaldo, təmiz qolu sayılmadığı üçün hakimə etiraz əlaməti olaraq kapitanlıq sarğısını yerə çırpmışdı. Referi onu sərt etirazlarına görə sarı vərəqə ilə cəzalandırmışdı. Portuqaliyalı oyunçu da öz növbəsində matç bitməmiş meydançanı tərk edərək, paltardəyişmə otağına getmişdi.


Ronaldonun yerə atdığı kapitanlıq sarğısı oyunun keçirildiyi stadionun işçilərindən birinə – Corce Vukiçeviçə qismət olub. O, həmin sarğını götürərək internetdə auksiona çıxarıb və əldə olunacaq gəlirin onurğasında problem olan 6 aylıq serbiyalı körpənin – Qavril Curceviçin müalicəsinə sərf ediləcəyini bildirib. Sözügedən sarğı bu gün təxminən 64 min avroya (7 milyon 500 min Serbiya dinarı) satılıb. Uşağın müalicə xərci isə ümumilikdə 2.5 milyon avro təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button