Keçmiş komanda yoldaşı Ronaldonun yemək sirlərini açdı

“Əl-Nəsr”in keçmiş müdafiəçisi Aleks Telles klubun hücumçusu Kriştiano Ronaldonun komandada necə yemək yediyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqalıyalı futbolçunun yeməyinə çox diqqət etdiyini söyləyib:

“Onun yeməyi digər komandadakı oyunçuların yeməyindən fərqli idi. Onun qidalanması ilə şəxsi dietoloq məşğul olurdu. Ronaldo çoxlu təbii məhsullar yeyir və o, həmişə başqalarının boşqablarında olanlara baxır. Hətta desert götürməyə belə qorxurduq. Ronaldo bədəninə qulluq etməyi xoşlayır. Biz ondan nümunə götürməyə çalışırdıq”.

Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı klubunda çıxış edir. 39 yaşlı hücumçunun müqaviləsi gələn ilin ortalarına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button