Ronaldonun yatdığı çarpayı hərraca çıxarılacaq
Sloveniya otellərindən biri Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun yatdığı çarpayını xeyriyyə hərracına çıxarmaq qərarına gəlib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, otelin nümayəndəsi portuqaliyalı futbolçunun yatdığı çarpayının xeyriyyə məqsədiylə hərraca çıxarılacağını təsdiqləyib.
Ronaldo martın 26-da yoldaşlıq oyunu keçirən Portuqaliya millisi ilə Sloveniyanın paytaxtı Lyublyanada olub. Komanda “Grand Plaza” otelində qalıb. Çarpayının başlanğıc qiymətinin 5 min avrodan bir qədər çox olacağı bildirilir.
Sloveniya millisi portuqaliyalılara 2:0 hesabı ilə qalib gəlib. 39 yaşlı Ronaldo ilk dəqiqələrdən meydana daxil olaraq, bütün matçı oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin