Ronaldonun 7 milyon avroluq “oyuncaqlar”ı

Kriştiano Ronaldo Çempionlar Liqasının yeni mövsümünün püşkatma mərasimində iştirak edib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu tədbirə zinət əşyaları ilə birlikdə bahalı kostyumda gəlib.

Ronaldonun üzərindəki zinət əşyalarının qiyməti 6 milyon funt-sterlinqi (təxminən 7,1 milyon avro) keçib. Ən bahalı zinət əşyası içərisində 33 karatlıq brilyant olan pencək sancağı olub. Dekorasiyanın dəyəri 3,8 milyon funt sterlinqdir.

Ronaldonun taxdığı saat 2,2 milyon funt-sterlinq dəyərində olub. Onun 18 karatlıq ağ qızıldan hazırlanmış sırğalarını isə 6500 funt-sterlinqə almaq olar.

Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu təmsil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button