Ronaldonun təyyarəsi Mançesterdə görüntülənib

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun şəxsi təyyarəsi Mançester hava limanında görüntülənib.

Komanda.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Mətbuat xidməti hava limanının uçuş zolağında “CR7” loqosu olan təyyarənin qısa videosunu paylaşıb. Videoya ürək və göz emojiləri ilə başlıq verilib. Ancaq Ronaldonun özünün Mançesterdə olub-olmadığı hələlik məlum deyil.

Bu gün Mançesterdəki “Etihad” stadionunda, İngiltərə Premyer Liqasının 25-ci turunda “Mançester Siti” və “Nyukasl” qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button