
Haland və Ronaldonun sağ ayağı
“Mançester Siti”nin hücumçusu Erlinq Haland maraqlı açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli hücumçu, Səudiyyə Ərəbistanı klubu “Əl Nəsr”də forma geyinən Kriştiano Ronaldonun sağ ayağına sahib olmaq istədiyini söyləyib:
“Sol ayağım kifayət qədər yaxşıdır. Bu səbəbdən, Ronaldonun sağ ayağına sahib olmaq istərdim”.
Haland cari mövsümdə “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 51 oyuna çıxıb, 52 qol vurub və 9 məhsuldar ötürmə edib. 22 yaşlı norveçli “Mançester Siti”də debüt mövsümündə (2022/23) İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin